ALAMNIYADA TƏHSIL ALA BILMƏK ÜÇÜN LAZIM OLAN ŞƏRTLƏR
- müvafiq dil bilgisinə dair sertifikat
- Almaiya banklarının birində açılmış qapalı hesab (tələbə hesabı – 8.040,00 avro)
- Etibarlı səyahət pasportu
YUXARIDAKI ŞƏRTLƏRƏ CAVAB VERDİKDƏN SONRA KİMLƏR ALMANİYADA TƏHSİL ALA BİLƏRLƏR?
- 2015-ci ildən bu yana olan abituriyentlər öz attestatları ilə hazırlıq kursunu (Studienkollege) müvəffəqiyyətlə bitirdikdən sonra bakalavr təhsili ala bilərlər.
- Azərbaycanda 1-ci kursu bitirmiş tələbələr də abituyientlər kimi hazırlıq kursunu (Studienkollege) müvəffəqiyyətlə bitirdikdən sonra bakalavr təhsili ala bilərlər.
- Azərbaycanda 2-ci kursu bitirmiş hazırlıq kursu keçmədən 1-ci kursdan başlayaraq bakalavr təhsili ala bilərlər.
- Diplomu olan şəxslər magistraturada təhsillərini davam etdirə və ya ikinci ixtisas ala bilərlər.
- Tibb Universitetinin diplomunu almış məzunlar Almaniyada müvafiq imtahanları verdikdən sonra “ixtisas həkimi” (Fachartzt) kimi təhsil ala və sonda həkim kimi işləyə bilərlər.