Tel.: (+994 12) 409 03 71   (+99412) 493 46 19,  (+994 51) 809 71 81, (+994 55) 980 86 45,  (+994 50) 538 38 38,  E-Mail: info@deutsch.az 

ALMANİYADA DİL KURSU VƏ TƏHSİLLƏ ƏLAQƏDAR  BİZƏ ZƏNG EDİN!   

 

  ich

    test

      firish                                     

         studium

 

orkhan

 

 

logik

 

unser

 

 

 

 

aida

 

 

 

 

 

Almaniyada

Almaniyada təhsilin istənilən səviyyəsində tələb edilən ilkin şərtlərə cavab verə bilən hər bir şəxs aşağıda verilmiş hər hansı bir təhsil mərhələsində iştirak edə bilər.
1. Almaniyada  qısa və uzunmüddətli dil kursları,
2. Abituriyentlərin Almaniyada   Studienkollege, sonradan isə universitetlərə qəbulu,
3. Bakalavrların təhsilinin Almaniyada  davam etdirilməsi,
4. Bakalavr diplomu almış şəxslərin Almaniyada magister pilləsində təhsili, 
5. Magister təhsilinin Almaniyadadavam etdirilməsi
6. Tibb təhsilli gənclərin təhsilinin 2-ci kursdan etibarən Almaniyada   davam etdirilməsi
7. Tibb təhsilini başa vurmuş gənclərin Almaniyada vbə Avstriyada  təcrübə keçməsi və bizdə "Rezidentura" Almaniya  isə "Facharztstudium" adlanan mərhələdə təhsili. 


qısamüddətli təhsil (3 ayadək olan müddət)
uzunmüddətli təhsil (3 aydan artıq müddət) olmasından asılı olaraq:
qısamüddətli təhsil üçün "C" vizası,
uzunmüddətli təhsil üçünsə "D" vizası tələb edilir.

1.Azərbaycanlı tələbələrin almaniyada təhsillərini davam etdirmələri üçün PULSUZ və PULLU imkanlar vardır:

PULSUZ imkanlar 
1. Təhsil Nazirliyi ilə DAAD xidmətinin birgə layihəsi (Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel sərəncamı) 
2. DAAD xidmətinin qısa müddətli (1 ilədək) və uzunmüddətli (1 ildən artıq) layihələri 
3. Təhsil müddətində yarana biləcək bütün xərcləri öz üzərinə götürəcək donor təşkilatın axtarılıb tapılması.

PULLU imkan
1. Öz hesabına təhsil.
Almaniyada öz hesabına uzun müddətli təhsil almaq istəyən hər bir şəxs Almaniyada və almaniya Banklarında yeni qaydalara əsasən 8.040 avro məbləğində qapalı tələbə hesabı açmalıdır. 

İstənilən hər bir kəs Almaniyada dil kurslarında iştirak edə bilər. Bu zaman qısa müddətli (3ay müddətədək olan kurslar) və uzunmüddətli kurslar ( 3 aydan artıq müddətə olan kurslar) nəzərdə tutulur. Bu zaman məqsəd əsaən təhsil, kariyera və ya sadəcə ünsiyyət məqsədi ilə dil öyrənmək ola bilər. Unutmayın ki, yetərincə alman dilinin olmasına dair təsdiqləyici sənəd olmadan Siz Almaniya təhsil müəssisələrinə qəbul edilə bilməzsiniz. Ona görə də Almaniya təhsilə aparan ən yaxşı yol Azərbaycanda başlayaraq Almaniyada başa çatdırılan dil kurslarından keçir. Bunun üçün elə bir əlavə sənəd lazım deyildir. Sadəcə istəyiniz və bunu reallaşdırmağa imkan verəcək səyahət pasportunuz və maliyyə imkanınız olmalıdır.

2. ABİTURİYENTLƏRİN ALMANİYADA UNİVERSİTETLƏRƏ QƏBULU


Artıq  Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərinin attestatı ilə də birbaşa Almaniyada universitetlərə qəbul mümkündür.
Ən yaxşı halda, yəni Sizin attestat tanındığı halda, Siz öncə "Studienkolleg" adlanan əlavə bir illik hazırlıq kursunda təhsil almalısınız.

Attestat qiymətlərinin yuxarı olması vacibdir.

 Bunun üçün lazım olan sənədlər:
1. Orta məktəb attestatı (əsli)
2. Yetərincə alman dilinin olmasına dair təsdiqləyici sənəd
3. Etibrlı səyahət pasportu

3. BAKALAVR PİLLƏSİNDƏ TƏHSİLİN ALMANİYADA DAVAM ETDİRİLMƏSİ


Əgər Siz artıq Azərbaycan Respublikası universitetlərindən birində ən azı 4-cü semestrdə təhsil alırsınızsa, yaxud da universiteti artıq bitirmisinizsə, o zaman Almaniyada ali məktəb müəssisələrin də ixtisasınıza müvafiq istiqamətdə təhsilinizi Almaniyada davam etdirə bilərsiniz (sonradan ixtisası dəyişmək də olar). 
Bunun üçün lazım olan sənədlər:
1. Orta məktəb attestatı (əsli)
2. Tələbə kitabçası (əsli)
3. Akademik arayış (tələbə kitabçasından çıxarış)
4. Təhsil yerindən hazirda təhsil almağa dair arayış
5. Yetərincə alman dilinin olmasına dair təsdiqləyici sənəd
6. Etibrlı səyahət pasportu

4. BAKALAVR DİPLOMLU ŞƏXSLƏRİN MAGİSTER PİLLƏSİNDƏ TƏHSİLİ



Bakalavr təhsil pilləsini müvəffəqiyyətlə başa vuraraq bakalavr diplomu almış şəxslər istəklərinə müvafiq olaraq Almaniyada magister pilləsində təhsil ala bilərlər. Bu zaman bakalavr diplomuna verilmiş əlavə qiymətlər vərəqində olan qiymətlərin daha yaxşı olması tələbələrə daha üstün şans verir.
Bunun üçün lazım olan sənədlər:
1. Orta məktəb attestatı (əsli)
2. Diplom (əsli)
3. Diploma əlavə (əsli)
4. Etibrlı səyahət pasportu

5. MAGİSTER TƏHSİLİNİN ALMANİYADA DAVAM ETDİRİLMƏSİ



Təhsilin magistratura pilləsində olan tələbələr istəklərinə müvafiq olaraq öz təhsillərini seçtikləri əsas peşə istioqaməti üzrə Almaniyada davam etdirə bilərlər.
Bunun üçün lazım olan sənədlər:
1. Orta məktəb attestatı (əsli)
2. Diplom (əsli)
3. Diploma əlavə (əsli)
4. Təhsil yerindən müvafiq arayış
5. Etibrlı səyahət pasportu

Almaniyada dil kurslarında və ya təhsilin müəyyən pillələrində təhsil almaq istəyən hər bir şəxs bilməlidir ki, Azərbaycanda fəaliyyət göstərən Almaniya səfirliyi öz səlahiyyətləri daxilində Almaniyaya təhsil üçün getmək istəyən hər bir şəxsin sənədlərini son dərəcə diqqətlə yoxlayır. Buna görə də sənədlərin düzəldilməsi, toplanması, təsdiqi və tərcümə edilməsi zamanı və eləcə də sənədləri səfirliyə viza üçün təqdim etməzdən əvvəl məsləhətləşmək Sizin işinizin xeyrinə olardı.
Siz müəyyən bir proqram, layihə və ya donor (təqaüd verən)təşkilat tərəfindən dəstək alaraq təhsil üçün Almaniyaya gedirsinizsə bu zaman Siz bütün xərclərdən azad edilirsiniz. Sizin öz maliyyəniz hesabına da Almaniyaya təhsil almağa getmək imkanınız da vardır. Bu yolu seçən tələbələr çıxa biləcək xərclər haqqında məlumatı getdiyi təhsil müəssisəsinin saytında və ya bizə mnüraciət edərək də öyrənə bilərlər.

AŞAĞIADAKI XİDMƏTLƏR ÜZRƏ BİZ SİZƏ YARDIM EDƏ BİLƏRİK:
-Təhsil yerinin seçilməsi,
-dil kurslarından və ya universitetdən dəvət (icazə) almaq,
-yaşayış yerinin tapilması,
-tibbi sığorta edilməsi,
-hər iki istiqamətə təyyarə biletinin alınması,
-Almanaiyada tələbə hesabının açılması, 
-hava limanından və hava limanına transfer


Telefon: 493 46 19 və  (051)809 71 81

E-Mail: info@deutsch.az

Faydalı linklər: www.baku.diplo.de ||www.uni-assist.de||www.goethe.de||www.daad.de||www.ehrstein.de||www.unitutor.de|| www.steinke-institut.de||www.fuu.de||

© 2013. Bütün hüquqlar qorunur.
www.deutsch.az
Azerbaijan, Baku; Bəşir Səfəroğlu küçəsi 180, "Nizami" kinoteatrı ilə üzbəüz.
Tel.: (+99412) 4934619, (+99451) 8097181, (+99450) 5383838
Site design by WebCity