Tel.: (+994 12) 409 03 71   (+99412) 493 46 19,  (+994 51) 809 71 81, (+994 55) 980 86 45,  (+994 50) 538 38 38,  E-Mail: info@deutsch.az 

ALMANİYADA DİL KURSU VƏ TƏHSİLLƏ ƏLAQƏDAR  BİZƏ ZƏNG EDİN!   

 

  ich

    test

      firish                                     

         studium

 

orkhan

 

 

logik

 

unser

 

 

 

 

aida

 

 

 

 

 

Deyirlər

Bizim haqqımızda


mehiban 

Mehriban Rzayeva

Mən çox şadam ki, alman dili öyrənməyə burada, Alman Dili Mərkəzində başladım. Həm də mən burada təkcə alman dili öyrənmədim, eyni zamanda çoxlu yeni dostlar da tapdım. Bu gözəl hisslərdən Siz də zövq ala bilərsiniz. Bircə dəfə bu mehriban kollektivlə əlaqə yaratmaq kifayətdir, bundan sonra hər şey öz-özünə baş verir...

 


Nəhayət ki, mən Azərbaycandan Almaniyayadək olan ən qısa yolu Alman Dili Mərkəzində tapa bildim və məhz bu kollektivin köməyi Almaniya təhsil sistemi haqqında çox şeylər öyrəndim. Artıq bir dəfə bu dil mərkəzinin xidmətlərindən istifadə edərək Almaniyada olmuşam. İndi xaricdə, xüsusilə də Almaniyada təhsil almaqdan əsla çəkinmirəm. Bütün bunlar üçün çox minnətdaram. Bu dil Mərkəzi Azərbaycanda eynilə insanı daha uğurlu gələcəyə aparan işıq yoluna bənzəyir...

affe

Kamala Isarfilova


 


rza

Rza Aliyev

Təhsilimi Almaniyada davam etdirə bilmək həmişə mənim arzularımdan biri olmuşdur. Amma dəqiq bilmirdim ki, bunu necə və nə vaxt edim. Yalnız Alman Dili Mərkəzinə gələrkən mən bütün bu sualarıma döğru və ətraflı cavablar tapa bildim. Burada alman dilini öyrənmək mənə çox xoşdur. Məni razı salan həm də odur ki, hər bir kəs öz ixtisası və maraqları istiqamətində də dil bilgilərini inkişaf etdirə bilir...

 


Alman dilini öyrənmək bizim çox xoşumuza gəlir. Bizim hələ 5 və 8 yaşımız var,amma çalışırıq ki, bacardıqca yaxşı məşğul olaq. İndi biz bilirik ki, burada həm də bizim kimi balaca uşaqlar da alman dilini öyrənirlər. Bilirsiniz,burada hamı bizi çox sevir. Axı biz də onları çox sevirik...

tima

Davud und Tima


 


nergiz

Nərgiz Orucova

Hər xalqın dili özünə musiqi kimi xoş gəlir. Bu dil ona ana laylası kimi doğmadır,tanışdır və buna görə də sevimlidir. Dünyanın ən tanınmış bəstəkarlarının ana dilini öyrənmək üçün məhz Alman Dili Mərkəzini seçmək qərarımdan indi də çox razıyam. Məhz bu Mərkəzin kollektivinin diqqət və qayğısı ilə mən də alman dilini sevməyə başladım. Doğrudur, bu dilin müəyyən çətinlikləri var, amma bilirəm ki, mənim istəyım bütün çətinliklərə üstün gələcəkdir...

 


Avstriyada öz təhsilimi davam etmək arzumu həyata keçirmək üçün, mən alman dilini yüksək dərəcədə bilməliyəm. Bu işdə mənə Alman dili Mərkəzinin mehriban kollektivi kömək edir. Burada mən özümü arzuma daha yaxın hiss edirəm. Mərkəzimizin yaratdığı imkanlar sayəsində, boş vaxtlarımı çox böyük məmnuniyyətlə burada dostlarımla almanca ünsiyyət quraraq keçirirəm...

mahabbat

Əliyeva Məhəbbət


 


aysel

Aliyeva Aysel

Hələ uşaqlıqdan alman dili və Almaniya məni çox maraqlandırırdı. Buna görə də məktəbdə mən alman dilini öyrənməyə başladım. Getdikcə bu dili daha çox sevirdim. Mən istəyirdim elə danışım ki, sonralar Almaniyaya gedə və orada təhsilimi davam etdirə bilim. Mənə Alman Dili Mərkəzini məsləhət gördülər. Həmin insanlara mən minnətdarlığımı bildirirəm! Artıq bir ildən çoxdur ki, bu mərkəzdə kurslara gedirəm. Bu müddət ərzində dil bilgilərimi əsaslı şəkildə mükəmməlləşdirmiş və yeni dostlar tapmışam. Məhz müəllimlərimin mənə verdiyi biliklər sayəsində mən 2008-ci ilin yayında bir ay müddətinə Almaniyaya pulsuz səfər etmişəm. Sizə də bu mərkəzə gəlməyi və burada alman dilini mükəmməl öyrənməıyi tövsiyyə edirəm. Mən əminəm ki, Sizin də nə vaxtsa Almaniyaya pulsuz səfər etmək şansınız olacaq...

 


Mənim bacım da əvvəllər bu mərkəzdə alman dilini öyrənmiş və sonralar məhz bu mərkəzin köməyi ilə təhsilini davam etdirmək üçün Almaniyaya getmişdir. Bacım Almaniyada da alman dili kursalrında iştirak edir. Amma o mənə yazaraq bildirir ki, Alman Dili Mərkəzində kurslar daha yaxşı təşkil edilir və alman dili daha yaxşı öyrədilir. Həm də mənə tapşırdı ki, alman dilini öyrənmək üçün mən də məhz bu mərkəzə müraciət etməliyəm. Bacımın tövsiyyəsi ilə artıq 2 aydır ki, mən də bu mərkəzin dinləyicisiyəm. Cəmisi 2 ay keçdiyinə baxmayaraq artıq mən kifayət qədər yazılı və çifahi dil bilgiləri mənimsəmişəm. İndi də böyük həvəslə bu mərkəzin təşkil etdiyi kurslarda iştirak edirəm. Böyük məmuniyyətlə dostlarıma və tanışlarıma da bu mərkəzi məsləhət görürəm...

orxan

Mürsəlov Orxan

Faydalı linklər: www.baku.diplo.de ||www.uni-assist.de||www.goethe.de||www.daad.de||www.ehrstein.de||www.unitutor.de|| www.steinke-institut.de||www.fuu.de||

© 2013. Bütün hüquqlar qorunur.
www.deutsch.az
Azerbaijan, Baku; Bəşir Səfəroğlu küçəsi 180, "Nizami" kinoteatrı ilə üzbəüz.
Tel.: (+99412) 4934619, (+99451) 8097181, (+99450) 5383838
Site design by WebCity