Tel.: (+994 12) 409 03 71   (+99412) 493 46 19,  (+994 51) 809 71 81, (+994 55) 980 86 45,  (+994 50) 538 38 38,  E-Mail: info@deutsch.az 

ALMANİYADA DİL KURSU VƏ TƏHSİLLƏ ƏLAQƏDAR  BİZƏ ZƏNG EDİN!   

 

  ich

    test

      firish                                     

         studium

 

orkhan

 

 

logik

 

unser

 

 

 

 

aida

 

 

 

 

 

Başlayanlar üçün

Əziz dostlar, 

əgər siz  alman dilini öyrənməyə başlamaq qərarına gəlmisinizsə bizi seçməkdə ən doğru yoldasınız. 

Alman dilini öyrənməyə başlayarkən ilkin olaraq “nədən” və  “necə” başlamağı bilmək lazımdır.  İstənilən  hər hansı bir xarici dilin müstəqil  öyrənilməsi  də mümkündür.  Lakin bunun üçün həddən artıq uzun müddət və dil mühiti lazımdır. Həm də xarici dilin müstəqil öyrənilməsi  daha erkən  yaşlarada uğurlu alına bilər.   Gənclər, orta nəsl və daha yaşlılar üçün isə xarici dilin qısa müddət ərzində və dil mühiti olmadan müstəqil  öyrənilməsi daha çətindir. Belə ki, qrammatikanı və bir sıra sözləri, ifadələri, cümlələri və hətta  qısa mətnləri belə əzbərləmək olar.  Lakin bunun sadəcə əzbər olduğunu və bir müddət sonra unudulacağını nəzərdən qaçırmayın. 

Anlaşıqlı şıkildə və uzunmüddətli yaddaşda qala bilməsi üçün isə təcrübəli müəllimin və düzgün seçilmiş tədris metodunun, dərsliklərin, audio və video materiallrın rolu danılmazdır. Bu iş bir qədər maliyyə hesabına başa gəlsə də belə siz vaxtınıza, səbrinizə və son nəhayətdə sağlamlığınıza qayğı ilə yanaşmış olursunuz.  Müstəqil olaraq 6 aya və ya bir ilə öyrənilən   dil bilgilərini müəllimin köməyi ilə daha qısa bir zaman içərisində daha asan  öyrənmək olar.  Yəni istənilən texnika və ya metod təəssüf ki, hələ canlı müəllimi əvəz edə bilmir. 

Başlayanlar üçün ilkin səviyyə A1 və A2 adlanan dərəcələrlə qiymətləndirilir. Bu səviyyə ümumi danışıq dili və çətin olmayan strukturlar üçün yetərli sayıla bilər. Yəni ibtidai ünsiyyət və məlumat mübadiləsi üçün heç bir tərcüməçinin iştirakı olmadan bu səviyyədən bəhrələnə bilərsiniz. Bu səviyyəyə nail olmaq üçün sizdən təxminən 160-200 akademik saat vaxt tələb edilir. Amma bu vaxtı xüsusi qabiliyyətiniz və məsuliyyətinizlə daha da qısalda bilərsiniz. 

Bütün bu deyilənlərlə praktik olaraq inanmaq üçün bizim Mərkəzin  sizlərə təqdim etdiyi pulsuz sınaq dərslərindən faydalananın. Bütün digər dil kurslarından/mərkəzlərindən fərqli olaraq  sizə təqdim edilən bu  pulsuz sınaq dərsləri sizin üzərinizə heç bir maddi və mənəvi məsuliyyət qoymur.  Siz sınaq dərsində, yəni cəmisi 90 dəqiqə ərzində  sensor yaddaşın imkan verdiyi  həcmdə alman dilində danışarkən və ya danışılanı başa düşərkən bizə daha çox inanacaq və etibar edəcəksiniz. Biz buna əminik. Siz də əmin ola bilmək üçün  pusluz sınaq şansınızdan  istifadə edin. 

 

Hörmətlə 

ZDS-Team

Faydalı linklər: www.baku.diplo.de ||www.uni-assist.de||www.goethe.de||www.daad.de||www.ehrstein.de||www.unitutor.de|| www.steinke-institut.de||www.fuu.de||

© 2013. Bütün hüquqlar qorunur.
www.deutsch.az
Azerbaijan, Baku; Bəşir Səfəroğlu küçəsi 180, "Nizami" kinoteatrı ilə üzbəüz.
Tel.: (+99412) 4934619, (+99451) 8097181, (+99450) 5383838
Site design by WebCity